Şrift:
Ukraynada koronavirusdan ölənlərin sayı artmaqdadır
08.05.2020 [12:47] - Gündəm, Sosial
Ukraynada son sutkada 504 nəfər koronavirusa tutulub ki, bu da ötən günlərlə müqayisədə artım deməkdir.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 14 min 195 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 21 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 361 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2633 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed