Şrift:
İranın Dəmavənd şəhərində 5,1 bal gücündə zəlzə baş verib
08.05.2020 [12:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün yerli vaxtla saat 00:48 radələrində İranın şimalında yerləşən Dəmavənd şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.



Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Yayılan ilkin məlumatlara görə, zəlzələ nəticəsində ən azı 2 nəfər həyatını itirib, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.



Zəlzələ, paytaxt Tehran, Kərəc və Qum şəhərlərində, eləcə də Mazandaran, Gilan, Əlbürz və Qəzvin əyalətlərində də hiss olunub. Təbii fəlakətdən vahiməyə düşən əhali Tehranda və digər şəhərhlərdə mənzillərini tərk edərək, gecəni küçələrdə və ətraf parklarda keçirməli olublar.



Həmçinin bu gün sübh saatlarına qədər 20 yeraltı təkanın qeydə alındığı bildirilir. Zəlzələnin mümkün dağıntılara səbəb olub-olmaması barədə hələlik hər hansı bir məlumat yayılmasa da, Tehranda Böhranı İdarəetmə və Qarşısını Alma Təşkilatının rəisi Rza Kərəmi Məhəmmədi mediaya açıqlamasında deyib ki, təbii fəlakət nəticəsində paytaxt Tehranda 3 gün "hazır ol" vəziyyəti elan edilib.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed