Şrift:
Əhvaz Şəhər İcra Hakimiyyətinin başçısı koronavirusa yoluxub
08.05.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Xuzistan əyalətində Əhvaz Şəhər İcra Hakimiyyətinin başçısı Musa Şairi koronavirusa yoluxub.



İran saytlarının yaydığı xəbərə əsasən, son bir ayda Əhvazın müxtəlif məhəllələrinin dezinfeksiya edilməsi ilə bağlı aparılan fəaliyyətlərə birbaşa nəzarət edən Musa Şairidən “Covid-19” infeksiyası ilə əlaqədar götürülən test analizlərinin nəticələri müsbət çıxıb.



Bildirilir ki, koronavirusa yoluxası təsdiq edilən şəhər meri, həkimlərin nəzarətində şəxsi mənzilində karantinə alınıb və hazırda müalicəsini davam etdirilir.



Musa Şairinin koronavirusa konkret nə vaxt və necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed