Şrift:
İranda daha 55 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 6541 nəfərə çatıb
08.05.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 8-də mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikanı yayıb.



Cahanpur bildirib ki, son bir gün ərzində İranda daha 55 nəfər koronavirusdan ölüb, 1556 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib: “Bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 6541 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 104 min 691 nəfərə yüksəlib. Həmçinin xoşbəxtlikdən xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 83 min 837 nəfərə çatıb.



Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan və xüsusu rejimli xəstəxanalarda müalicə alan 2711 xəstənin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus pandemiyası qurbanlarının yeni statistikanı yayarkən bildirib.



Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6541 nəfərə, yoluxanların sayının isə 104691 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 41000-i keçdiyini, 1 milyondan çox insanın isə virusa yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed