Şrift:
İranda həbs edilmiş aparıcı koronavirusa yoluxub
09.05.2020 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda həbs edilən sabiq radio və televiziya aparıcısı Mahmud Şəhriyarinin Tehran xəstəxanalarından birinin koronavirus şöbəsinə yatırılması ilə bağlı xəbərlər yayılıb.



O, fevralın 15-də koronavirusla bağlı həqiqətləri yaydığı üçün İran rejimi tərəfindən "yalan məlumat yaymaq" ittihamı ilə tutulmuşdu.



Son günlər ərzində onun "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsinin müvəqqəti saxlama təcridxanasından azadlığa buraxıldığına dair xəbərlər yayılmışdı. Lakin dünən dərc edilən məlumatlarda sabiq aparıcının Tehranın "Mədain" xəstəxanasının koronavirus şöbəsinə yerləşdirildiyi deyilir.



Xatırladaq ki, Mahmud Şəhriyari İnstagram səhifəsində paylaşdığı bir neçə postda dövlətin koronavirusla bağlı həqiqi rəqəmləri gizlətməsi, eləcə də bu xəstəliklə mübarizə formasını kəskin tənqid etdikdən sonra tutulmuşdu.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed