Şrift:
Afrikada naməlum xəstəlikdən 100 nəfər ÖLDÜ
09.05.2020 [13:03] - Xəbərlər, Sağlıq
Afrika ölkəsi olan Nigeriyada 10 gündə 100-dən artıq insan naməlum xəstəlikdən vəfat edib.



Qərbi Afrika ölkəsi Nigeriyanın Jiqava əyalətində naməlum xəstəlikdən onlarla insan həyatını itirib. Jiqva əyalətinin səhiyyə başçısı Abba Zakari xəstəlik davam edərsə ciddi narahatlıq yaranacağını deyib. Belə ki, dünya sağlamlıq təşkilatının nümayəndəsi hazırda xəstəlik barədə araşdırma aparır. Ölənlərin koronavirusa yoluxduğu isə hələlik məlum deyil.


Qeyd edək ki, Kano əyalətində keçən ay bilinməyən xəstəlikdən 150 nəfər həyatını itirib. Nigeriyada isə indiyə qədər 2 min 802 nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed