Şrift:
İrəc Hərirçi: “Xuzistan, Mərkəzi və Hormozqan əyalətlərində koronavirus qurbanlarının sayı artmaqdadır”
09.05.2020 [13:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran səhiyyə nazirinin baş müavini İrəc Hərirçi mayın 8-də jurnalistlərə açıqlamasında ölkənin üç əyalətində “Covid-19” infeksiyasının sürətlə yayılmasından danışıb.



Hərirçi bildirib ki, ölkənin bir neçə əyalətində, o cümlədən də Xuzistanda koronavirusun yüksək templə yayılması yeni böhrana səbəb olub: “Xəstəliyin getdikcə azalacağı ilə bağlı gözlənti və ümidlərimiz özünü doğrultmadı. Hazırda Xuzistan əyalətində virusun sürətlə yayılması ciddi nigaranlığa səbəb olub.



Təəssüflər olsun ki, Mərkəzi və Hormozqan əyalətlərində də vəziyyət belədir və “Covid-19” infeksiyası yüksək templə yayılır. Daha doğrusu, sadaladığım bu üç əyalətdə xəstəlik nəinki azalmayıb, hətta əvvəlki dövrlərlə müqayisədə yenidən sürətlə yayılmağa başlayıb. Bu isə biz ciddi nigaran edir” -deyə, İran səhiyyə nazirinin baş müavini İrəc Hərirçi əlavə edib.



Hərirçi, İranın digər əyalətlərində koronavirusla bağlı vəziyyətin qənaətbəxş olub-omaması barədə hər hansı bir açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed