Şrift:
Amerikanın Çinə istiqamətlənən siyasi tələbləri artmaqda davam edir.
09.05.2020 [13:08] - Xəbərlər, Siyasət
Amerikanın Çinə istiqamətlənən siyasi tələbləri artmaqda davam edir. Bu gün Dövlət Katibi Mike Pompeo, Amerikanın və Qərbin ən təhlükəli düşməni Çindirdeyib.”Steve Gruber Show’’ adlı radio proqramında sualları cavablandırarkən Pompeo, “Çin hər şeyi gizlədir. Onlar dekabr ayında və daha əvvəldən virusa yoluxanların olduğunu bilirdi. Problem var deyən həkimlərin hamısı susdurulurdu.Ədalətli davransaydılar bu gün yüz minlərlə insan həyatda ola bilərdi” Sitatın sonu. Pompeo, deyib ki, hələ virusdan çox əvvəl president Trump Çinin Amerikalı işçilər üzərində təhdid yaratdığını demişdi. Bəs Amerika ilə Çinin münasibətləri bundan sonra necə ola biləcək. Pompeyonun cavabı belə oldu.

”Məncə bütün dünya artıq oyanıb. Avropa Birliyi də Çinin Avropalılar üzərində təhidi yartdığının fəqrqindədir.Məncə artıq bütün dünya bir avtoriyar rejimin, hamıdan fəqrqli davrandığını görə bilir.Bizdə demokratiya var. Hökumətimiz insan azadlığını qorumaq üçün çalışır. Onların hökumətləri isə çox fərqlidir. Ölkənin qərbində bir milyon insanı sadəcə dini inancına görə həbs ediblər. Bunun gələcək nəsillərimiz üçün yaratdıqları sıxıntını bilirik. Ordumuzu gücləndirərək doğru addımlar atacağıq.Diplomatik sahədə doğru qərarlar verəcəyik. Onlarla daha yaxşı ticarət əlaqələri yaratmağa çalışacağıq.Nəhayətdə Çin Komunist Partiyası qərar vermək məcburiyyətində qalacaq. Dünya miqyasında insanlıq üçün daha yaxşı şeylər edən dövlətlərlərin siyahısına qatılmaq istəyirlərmi? Sovetlər Birliyinin tarixini hamımız bilirik.Yer üzündə avtoritar rejimlərin etdiklərinə tay addımlıar atmaq istəyirlərsə president Trump Amerika xalqını qorumaq üçün doğru olan addımı atacaq.’’

Amerika Senatı isə Çinin uyğurlara təzyiq siyasətinə etiraz olaraq mövqeyini sərtləşdirir. Senator Mitch McConnellin hazırladığı və hər iki partiyadan dəstək alan layihə, uygurların haqqını qorumağa yönəlib. Senator deyib ki, layihə uyğurlarla yanaşı Çindəki bütün müsəlman toplumu qorumalıdır. Birləşmiş Millətlər Təşkilatı isə idda edir ki, Çin 1 milyondan artıq müsəlman Uyğurunu Sincan bölgəsində toplama kamplarında həbsdə saxlayır. Çin isə bu kampların təhsil məqsədli olduğunu iddia edir. Lakin, Çindən əldə edilən video görüntülər isə rəsmi Pekinin yalan danışdığını, Uyğurlara qarşı amansız cinayətlər etdiyini göstərir.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed