Şrift:
Məhəmməd Hüseyn Somi: “Şərqi Azərbaycanda koronavirusla bağlı hər gün 700 test nümunələri götürülür”
09.05.2020 [13:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi mayın 9-da mediaya açıqlamasında Şərqi Azərbaycan əyalətində koronavirus pandemiyası ilə bağlı vəziyyətdən danışıb.



Əyalətdə əvvəlki dövrlərlə müqayisədə “Covid-19” infeksiyasına yoluxma hallarının artdığını bildirən Somi deyib ki, Şərqi Azərbaycan əyalətinin müxtəlif bölgələrində koronavirusla bağlı hər gün 700 test nümunələri götürülür: “Bu rəqəm bəzi günlər hətta 700-900 arasında da olur. Bu isə əyalətdə xəstəliyinin geniş yayılmasından xəbər verir. Hazırda isə xəstəliklə bağlı testlər 5 laboratoriyada götürülür. Həmin laboratoriyaların 4-ü Təbrizdə, 1-i isə Marağada fəaliyyət göstərir.



Son günlər əyalətdə götürülün test-analizlərdən 20-25 faizinin cavabları müsbət çıxıb. Şərqi Azərbaycanda koronavisusdan ölənlərin sayına gəldikdə, 2 nəfər dünən, 6 nəfər isə ötən həftə xəstəlikdən ölüb. Lakin ümumilikdə demək olar ki, xəstəlikdən ölənlərin sayı getdikcə azalır. Hazırda isə, əyalətdə koronavirusa yoluxanların 82 faizindən çoxu sağalaraq evə buraxılıb” -deyə, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed