Şrift:
Zəncan əyalətində koronavirusdan ölənlərin sayı 109 nəfərə yüksəlib
09.05.2020 [13:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Zəncan əyalətində koronavirusdan ölənlərin sayı 109 nəfərə yüksəlib”.



Bu barədə, Zəncan Tibb Elmləri Universitetinin rektoru Pərviz Qızılbaş mayın 8-də mediaya açıqlamasında məlumat yayıb.



O deyib ki, ötən iki gündə Zəncan əyalətində daha 6 yeni koronavirusa yoluxma halı qeydə alınıb: “Hazırda əyalətdə koronavirusla bağlı əhalidən götürülən test nümunələrindən 1050-sinin cavabı müsbət çıxıb. Bu gün əyalətin müxtəlif xəstəxanalarında koronavirusa yoluxma səbəbilə müalicə 250 nəfər müalicə alır. Bununla da Zəncan əyalətinin tibb mərkəzlərində bu günə qədər xəstəliklə bağlı müalicə alanların sayı 3207 nəfərə yüksəlir.



Həmçinin indiyə qədər Zəncan əyalətində “Covid-19” infeksiyasına yoluxanlardan 855 nəfəri tam sağalaraq evə buraxılıb. Təəssüflər olsun ki, dünən daha 1 nəfərin xəstəlikdən keçinməsi ilə bu günə qədər əyalətdə koronavirusdan ölənlərin sayı 109 nəfərə yüksəlib” – deyə, Zəncan Tibb Elmləri Universitetinin rektoru Pərviz Qızılbaş, əyalətdə koronavirus qurbanlarının yeni statistikasını açıqlayarkən bəyan edib.
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed