Şrift:
Sarabın Təcili Tibbi Yardım Təşkilatının həkim-mütəxəssisi koronavirusdan ölüb
09.05.2020 [13:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Sarab şəhərinin Təcili Tibbi Yardım Təşkilatının əməkdaşı, həkim-mütəxəssis Abbas Ənsari koronavirusdan ölüb.



İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, koronavirusa yoluxduğu üçün bir aydan bu yana həkimlərin nəzarətində saxlanılan 41 yaşlı Abbas Ənsari, mayın 6-sı sübh saatlarında Sarabda müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində keçinib.



Həkim-mütəxəssis Abbas Ənsarinin “Covid-19” infeksiyasına necə yoluxduğu haqda hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed