Şrift:
"Human Rights Watch" Ukrayna təyyarəsinin vurulmasına etiraz edən 13 nəfərin həbsə məhkum edilməsinə görə İrana etiraz edib
09.05.2020 [13:28] - Xəbərlər, Siyasət
"Human Rights Watch" İran rejiminin "Sepah" terror təşkilatının Ukraynaya məxsus sərnişin təyyarəsini vurmasına etiraz edənlərdən azı 13 nəfərini həbsə məhkum etməsinə etiraz edib.



Təşkilatın yaydığı bəyanatda bildirilir ki, bu şəxslər İranın Silahlı Qüvvələrinin sərnişin təyyarəsinə hücum edərək 176 insanı öldürməsi və iranlı rəsmilərin məsuliyyətdən boyun qaçırmasına etiraz etdikləri üçün həbs ediliblər.



"Human Rights Watch"un Yaxın Şərq üzrə departamentinin müdir müavini Maykl Peyc məsələ ilə əlaqədar deyib ki, iranlı rəsmilər ifadə və sərbəst toplaşma azadlıqlarından istifadə edənləri tutmaq əvəzinə, hadisə ilə bağlı şəffaf araşdırmalar aparmalı, bu tragediyanın hansı səbəbdə yaşanmasının müəyyən edilməsi üçün beynəlxalq qurumlarla əməkdaşlıq etməlidir.



O əlavə edib ki, rəsmi Tehran həmmişə olduğu kimi, bu hadisədə də məsuliyyəti boynundan atmaq yolunu seçib. Maykl Payc sonda İranın Məhkəmə Sistemi tərəfindən "Sepah" tərəfindən törədilmiş cinayətə dinc qaydada etiraz edən həmin 13 vətəndaşı həbsə məhkum etməsini kəskin tənqid edərək, qurumu bunun əvəzinə, hadisənin detallarını araşdırmağa və tragediyaya səbəb olanları məsuliyyətə cəlb etməyə çağırıb.



Xatırladaq ki, “Sepah” terror təşkilatının yanvarın 8-də Tehran beynəlxalq hava limanı yaxınlığında iki raketlə Ukraynaya məxsus Boeing 752 təyyarəsini vurması nəticəsində ekipaj üzvləri ilə birlikdə 176 nəfər ölmüşdü.



Bu hadisəyə etiraz olaraq, Tehran və İranın digər şəhərləri ilə eyni zamanda "Sepah"ın Amül şöbəsinin qarşısında etiraz aksiyası təşkil edilmişdi. Aksiya zamanı 14 nəfər saxlanmışdı. Tutulan zaman polis və təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülən 3 nəfər sonrada xəstəxanaya yerləşdirilmişdi
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed