Şrift:
Zərif: "Nüvə razılaşmasının müddəalarının yerinə yetirilməsi üçün hər bir səviyyədə danışıqlara hazırıq"
09.05.2020 [14:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreşə məktub ünvanlayıb.



Ötən gün dərc edilən məktubda Zərif qeyd edib ki, ölkəsi nüvə razılaşmasında nəzərdə tutulmuş bütün müddəaların həyata keçirilməsi üçün hər bir səviyyədə baş tutacaq danışıqlara hazırdır.



O, həmçinin yenidən Amerika Birləşmiş Ştatlarının BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi silah embarqosunu uzatmağa çalışmasını tənqid edib. Zərif iddia edib ki, rəsmi Vaşinqtonun bu cür addım atmağa hüquqi əsası yoxdur.



Qeyd etmək lazımdır ki, ABŞ son həftələr ərzində oktyabr ayında başa çatacaq İrana qarşı qəbul edilmiş silah sanksiyasının müddətinin naməhdud zamana kimi uzadılmasına çalışır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bir neçə gün əvvəl bildirmişdi ki, TŞ embarqonun uzadılmasına qərar verməsə belə, ölkəsi dünyada bir nömrəli terror hamisi olan İran rejiminə digər ölkələrdən modern silahlar almağa imkan verməyəcək.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed