Şrift:
ABŞ-da Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub
12.10.2012 [18:02] - Diaspor
Millət vəkili Qənirə Paşayeva Hyustonda (ABŞ) Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edib və mərkəzin rəhbəri, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşüb.

Q.Paşayeva Amerikanın ən böyük şəhərlərindən biri olan Hyustonda belə bir mərkəzin açılmasının böyük əhəmiyyət daşıdığını deyib. Hyustonun mərkəzində belə yüksək səviyyəli mərkəzin açılması ilə burada Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yarandığını deyən millət vəkili bu işə dəstək verən hər kəsə təşəkkür edib.

Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, konqresmen və senatorlar, Türkiyənin və Yunanıstanın Hyustondakı baş konsulları çıxış edərək mərkəzin əhəmiyyətindən, ABŞ-Azərbaycan münasibətlərindən danışıblar.

Q. Paşayeva mərkəzin rəhbəri, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İ. Axundova ilə görüş zamanı bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.
Bu xəbər oxucular tərəfindən 1120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed