Şrift:
İranlı hakerlər Amerikanın dərman istehsalı şirkətinə kiber hücum təşkil ediblər
09.05.2020 [14:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı hakerlər Amerika Birləşmiş Ştatlarının dərman istehsalı ilə məşğul olan şirkəti- "GİLEAD"a kiber hücum təşkil ediblər.



Bu barədə məlumat yayan "Reuters" şirkəti və kiber təhlükəsizlik sahəsində çalışan 3 tədqiqatçı ictimaiyyətə açıq olan arxivlərin iranlı hakerlərin son həftələr ərzində şirkətin əməkdaşlarının, habelə icraçı direktorunun hesablarına sızmağa çalışdıqlarını göstərdiyini deyib.



"Reuters" agentliyinin məlumatına görə, aprel ayında baş tutmuş bu hücumlardan birində "GİLEAD" şirkətinin rəhbər şəxslərindən birinə onun istifadəçi adı və parolunu oğurlamaq üçün üçün saxta email hesabına daxil olmaq linki göndərilib. Agentlik hakerlərin bu hücumda öz məqsədlərinə çatıb- çatmadıqlarının məlum olmadığını qeyd edib.



İsrailin İranın kiber fəaliyyətlərini izləyən "ClearSky" adlı kiber təhlükəsizlik şirkətinin araşdırmaçısı Ohad Zeyndenberg isə məsələ ilə əlaqəli bildirib ki, bu hücumlar İranın bir neçə haker qrupu tərəfindən təşkil edilmiş hücumların bir parçasıdır. Onlar son həftələr ərzində jurnalist adı altında sözügedən dərman şirkətinin əməkdaşlarına saxta email hesabları göndərməklə, onların email adreslərinə giriş məlumatlarını ələ keçirməyə təlaş göstəriblər.



Adlarının açıqlanmasını istəməyən digər 2 ekspert isə "Reuters"ə bildiriblər ki, həmin hakerlərin host serverləri İrana aiddir.



Amerika Birləşmiş Ştatlarının kiber təhlükəsizlik sahəsində ixtisaslaşmış şirkəti olan "Recorded Future"nin strateji təhdid inkişafı şöbəsinin rəhbəri Prisila Moruiçi məsələ ilə əlaqəli bildirib ki, sözügedən dərman şirkətinin icraçı direktorunun şəxsi məlumatların oğurlamaq üçün həyata keçirilmiş hücum İrana məxsus "Charming Kitten" adlı haker qrupunun hücumları ilə eyni qaydada həyata keçirilib.



Qeyd etmək lazımdır ki, İran tez-tez Qərb dövlətlərində yerləşən sivil infrastrukturlara, eləcə də xaricdə yaşayan rejim müxaliflərinə qarşı kiber hücumlar təşkil etməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed