Şrift:
İranda daha 48 ölüm halı ilə koronavirus qurbanlarının sayı 6589 nəfərə çatıb
09.05.2020 [14:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son sutka ərzində qeydə alınmış 48 ölüm halı ilə bu günə qədər koronavirusdan dünyasını dəyişmiş şəxslərin sayı 6589 nəfərə yüksəlib.



Bu barədə məlumat yayan İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur qeyd edib ki, son 24 saat ərzində ölkədə infeksiyaya 1529 yeni yoluxma halı aşkarlanıb. Bununla da indiyədək koronavirusa yoluxmuş vətəndaşların ümumi sayı 106220 nəfərə yüksəlib.



Cahanpur həmçinin iddia edib ki, yoluxanlardan 85064 nəfəri tam sağalaraq evə buraxılıb.



Sözçü sonda hazırda vəziyyəti ağır olan 2696 nəfərin intensiv terapiya şöbələrində müalicəsini davam etdirdiyini deyib.



Qeyd etmək lazımdır ki, həm iranlı rəsmilərdən bəziləri, həm də ölkə müxalifəti Səhiyyə Nazirliyinin koronavirusla bağlı yaydığı statistikanın real olmadığını, həqiqi rəqəmlərin göstərilənlərdən dəfələrlə yüksək olduğunu deyirlər.
Bu xəbər oxucular tərəfindən 254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed