Şrift:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Pro. Qulamrıza Səbri Təbrizinin dünyasını dəyişməsilə bağlı başsalığı verib
09.05.2020 [14:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Pro. Qulamrıza Səbri Təbrizinin dünyasını dəyişməsilə bağlı Azərbaycan xalqına başsalığı verib.



"Üzülərək bidiririk ki, Pro. Qulamrıza Səbri Təbrizi həyatını dəyişdi və əbədiyyətə qovuşdu. Pro. Səbri Təbrizi hər zaman vətəni olan Azərbaycan sevgisilə yaşadı. Onun bütün duyğu və həsrətində vətən varidi. Yaşadığı illər içində onun üçün Azərbaycanın Azadlığı, millətimizin xoşbəxt gələcəyi hər zaman onu düşündürürdü və bunun üçün əllindən gələni edirdi. Pro.Səbri Təbrizi Güney Azərbaycanın azad olmasını hər zaman arzu edirdi və bunun üçün əllindən gələni əsirgəmədi. O, güney azərbaycan milli hərəkatının dirçəlməsi və təşkilatlanması üçün müxtəlif təşkilatların qurulmasında yer aldı və hər tərfli o taşkilatların güclənməsinə yardım etdi. Son illərdə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı olaraq uğurlu fəaliyyət gpstərdi. Bir çox beynalxaq görüşlərə qatıldı və bir çox insan haqları təşkilatlarına və həmçinin siyasi şəxsiyyətlərə Güney Azərbaycanla bağlı müraciətlər etdi. Biz Gamac olaraq inanırıq ki, Azərbaycanımızın bu kimi dəyərli şəxsiyyətləri hər zaman ürəklərdə yaşıyacaq. Azərbaycanın mübarizə tarixində pro.Səbri Təbrizi unudulmaz olaraq qalacaq.
Tanrıdan bu böyük insanımıza rəhmət və onun ailəsinə həmçinin millətimizə baş salığı veririk.", - deyə başsağlığı mətnində qeyd edilir.



Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed