Şrift:
Bu gün Azərbaycanda 143 nəfərdə koronavirus aşkarlanıb
09.05.2020 [17:50] - Xəbərlər, Siyasət
Azərbaycanda daha 143 nəfərdə koronavirus aşkarlanıb, üç nəfər vəfat edib.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün koronavirusun diaqnostikası məqsədilə 7420 test icra olunub. Ümumi test sayı 188 min 950-yə çatıb.

İndiyədək ölkəmizdə 2422 nəfər koronavirusa yoluxub, onlardan 31 nəfər vəfat edib, 1620 nəfər sağalıb. Bundan başqa, 771 nəfərin müalicəsi davam edir. Xəstələrdən 22 nəfəri reanimasiyadadır ki, onlardan da 9 nəfəri süni tənəffüs cihazına qoşulub.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed