Şrift:
Ermənistan tərəfi ötən sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10.05.2020 [11:10] - Gündəm, Hərb
Ermənistan silahlı qüvvələrinin bölmələri ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed