Şrift:
Avropa İttifaqının sərhədləri iyunun 15-dək bağlı qala bilər
10.05.2020 [11:51] - Xəbərlər, Siyasət
Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyətin iyunun 15-dək uzadılmasını tövsiyə edib.



Komissiya mayın 15-də müddəti başa çatmalı olan məhdudiyyəti uzatmaqla yoluxma riskini mümkün qədər aşağı həddə salmaq istəyir. Koronavirus pandemiyası ilə əlaqədar Aİ ölkələri (İrlandiya istisna olmaqla) və İsveçrə, Lixtenşteyn, İslandiya və Norveç kimi qeyri-Aİ ölkələri martın ortalarında Aİ məkanına vacib olmayan səfərlərin məhdudlaşdırılması barədə qərar qəbul etmişdilər. Avropa və bütün dünyada vəziyyətin qeyri-stabil olması ilə əlaqədar müddəti bir dəfə uzadılan məhdudiyyətin vaxtının mayın 15-dən sonra daha 30 gün artırılması tövsiyə olunur.



Qeyd edilməlidir ki, məhdudiyyətlər Aİ vətəndaşlarına, Aİ ölkələrində daimi yaşayış hüququna malik şəxslərə, eləcə də kritik infrastrukturda çalışanlara (həkimlər, tibb bacıları, yük daşımaları xidmətində çalışanlar və s.) şamil olunmur. Komissiyanın tövsiyəsi əsasında müvafiq qərarın qəbul edilməsi hər bir üzv dövlətin daxili işidir. Eyni zamanda, əksər Şengen ölkələri Aİ-nin xarici sərhədləri ilə yanaşı, qonşu ölkələrlə də sərhəd nəzarətini bərpa ediblər.
Bu xəbər oxucular tərəfindən 122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed