Şrift:
Ələm əl-Huda: Coronavirusunun təsirləri Allahın fövqəladə neməti idi
10.05.2020 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ələm əl-Huda: Coronavirusunun təsirləri Allahın fövqəladə neməti idi

İran liderinin Məşhəddə Nümayəndəsi Əhməd Ələm əl-Huda dünən cümə namazına dair "yazılı xütbə" olaraq nəşr olunan bir mətndə Koronavirusun yayılmasını İran üçün bir "nemət" hesab etdi.

Məşhəd Cümə Namazının İmamı belə vurğuladı ki "Bu mənhus virus və xəstəlik bizim üçün bir bəla idi ancaq gördüyümüz onun yan təsirləri, həqiqətən, Allahın fövqəladə neməti idi."

İslam Respublikasının qurucusu da, yüz minlərlə insanın ölümü və daha milyonlarla insanın yaralanması və əlil olması ilə nəticələnən İran-İraq müharibəsini "nemət" olaraq hesab etmişdi. Hal-hazırda da Ələm əl-Huda, ölümcül coronavirusunun yayılmasını "nemət" olaraq hesab edir, halbuki rəsmi statistikaya görə, İranda bu günə qədər 6 mindən çox insan bu virusdan ölüb.

Ələm əl-Huda, Koronanın yayılmasının əvvəlində, virusun yayılmasına qarşı cümə namazlarının və ziyarət yerlərinin bağlanmasına qəti şəkildə qarşı çıxan İslam Respublikası rəsmilərindən biri idi. Ayətullah Xameneinin Məşhəddəki nümayəndəsi, "Bu virus istedadları çiçəkləndirdi və insanları hərəkətə gətirdi" dedi.

O, Bəsic və Sipah qüvvələrinə, eləcə də o qüvvələrin əhatə etdikləri şirkətlərə toxunaraq dedi: "İki aydan az sonra şiə övladlarımız həvəsləndilər, istedadları parılladı və biliklərə əsaslanan şirkətlərdə təşxis kitinin istehsalı elə bir yerə çatdı ki bizi inkişaf etməkdə olan ölkələr hesab edən ölkələrə bu test kitlərini ixrac etdilər."

Ələm əl-Huda, İnqilab Keşikçiləri Qüvvələrinin baş komandanı, general-mayor Hüseyn Salami tərəfindən bir mərasimdə elan edilən "Müstəan 110" adlı bir cihazdan danışdı ki iddiaya görə, bu cihaz beş saniyə içində 100 metr radiusda Corona virusuna yoluxanları aşkar edə bilər. Ancaq elmi dairələr bu cihazı "elmi fantastika bir hekayə" olaraq hesab etdilər.

Bu ilk dəfə deyil ki Bəsic və Sipah qüvvələri elmi yeniliklər və böyük sənaye ixtiraları haqda iddialar edirlər. Corona'nın dərhal və uzaqdan aşkarlanması vasitələrinə gəlincə, həm Sipah qüvvələri, həm də İrandakı dövlət mediası, bu cihazı təbliğ və nümayiş etdilər lakin bir neçə həftədən sonra artıq bu qondarma böyük ixtira haqda danışmırlar.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed