Şrift:
İranda daha 51 nəfər koronavirusdan ölüb, 1383 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb
10.05.2020 [14:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 51 nəfər koronavirusdan ölüb, 1381 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib.



İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 10-da mediaya açıqlamasında deyib ki, daha 51 ölüm halının baş verməsi ilə ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6640 nəfərə yüksəlib: “Həmçinin dünən günorta saatlarından başlayaraq indiyə qədər ölkədə daha 1381 yeni “Covid-19” infeksiyasına yoluxma halının aşkar edilməsi ilə ölkədə xəstəliyə yoluxanların ümumi sayı 107 min 603 nəfərə çatıb.



Xoşbəxtlikdən həmin müddətdə xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 86 min 143 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan xəstələrdən 2675 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.


Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6640 nəfərə, yoluxanların sayının isə 107603 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 41000-i keçdiyini, 1 milyondan çox insanın isə virusa yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed