Şrift:
Qəzvində bağlarda gecələyən yoxsul insanların sayı artır
10.05.2020 [14:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qəzvin şəhərində evsiz insanlar gecələri şəhərin ətrafındakı bağlarda səhər edir.




Bu barədə Qəzvin Şəhər Şurasının üzvü Məhdiyyəsadat Qafiləbaşı “İLNA” xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.



O bildirib ki, Qəzvin şəhərinin ətrafında yoxsul məhəllələrin formalaşması, eyni halda müxtəlif bağların olması evsiz insanların bağlarda yatmağa üz gətirməsinə səbəb olub.





"Təəssüf ki, Qəzvinin coğrafi mövqeyi və şəhərətrafı ərazidə yaşayış zonalarının formalaşması ilə əlaqədar olaraq, bu şəhərdə karton qutularda yatan insanlar fenomeni yerinə evsiz insanların bağlarda yatmasını müşahidə edirik” – deyə o artırıb.





Qafiləbaşı əlavə edib ki, bu məsələ, eləcədə narkomaniya və dilənçilik Qəzvində ciddi sosial problemlərə yol açacaq.





Son illərdə İranda işsizlik, yoxsulluq və narkotik aludəçiliyinin geniş yayılması ilə əlaqədar evsiz insanların karton qutularda və məzarlıqlarda hazır qəbirlərdə gecələməsi xəbərləri dəfələrlə yayılıb.





Qəzvin Güney Azərbaycanın tarixi şəhərlərindəndir və əhalisinin əksəriyyətini türklər təşkil edir.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed