Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3261 nəfərə çatıb
10.05.2020 [18:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 48 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 3261 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1510 nəfər tam sağalaraq evlərinə göndərilib. Rəsmi infeksiyadan ölənlərin sayının 182 nəfərə çatdığını deyib.





Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1056 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha altı nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 110 nəfərə çatıb. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 863 nəfər tam sağalaraq evə buraxılıb.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan, Ərdəbil və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmləri açıqlamaqdan imtina edir.
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed