Şrift:
Pakistanda koronavirusa yoluxanların 8063 nəfəri sağalıb
11.05.2020 [09:40] - Xəbərlər, Sağlıq
Son sutka ərzində Pakistanda koronavirusa yoluxanların sayı 869 nəfər artaraq 30 min 334-ə çatıb.

Pakistan mətbuatı xəbər verir ki, Sind əyalətində 11 480, Pəncabda 11 093, Xayber-Paxtunxvada 4 669, Bəlucistanda 1935, İslamabad şəhərində isə 641 nəfər bu virusa yoluxub.

Bildirilir ki, indiyədək ölkədə bu virusa yoluxanlardan 8063-ü sağalıb, 659-u ölüb, ümumilikdə 283 517 test həyata keçirilib.

Pakistanda karantin rejimi ləğv edilib. Artıq ölkədə zavod və fabriklər, tikinti sahəsi işləməyə başlayıb. Bazarlar həftədə 5 gün saat 17:00-dək işləyəcək. Aviasiya və dəmiryol xətləri hələ ki, açılmayıb.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed