Şrift:
Qırğızıstanda koronavirusdan sağalanların sayı 668 nəfər olub
11.05.2020 [10:49] - Gündəm, Sosial
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1016 nəfərə çatıb və bunlardan 235-i tibb işçiləridir.

Bu barədə Qırğızıstanın Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, indiyədək ölkədə koronavirusdan 668 xəstə sağalıb, evə buraxılanların 180-i tibb işçiləridir. Virusdan ölənlərin sayı 12 nəfərdir.

Qeyd olunub ki, bu gündən banklar, özəl xəstəxanalar, sığorta və turizm şirkətləri, puldəyişmə məntəqələri, məişət xidmətləri, bütün növ ticarət obyektləri öz fəaliyyətini bərpa edir.
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed