Şrift:
Krasnoqorskda yanğın baş verən tibbi-sosial müəssisə qeyri-rəsmi fəaliyyət göstərib
11.05.2020 [11:11] - Sosial
Rusiya paytaxtı yaxınlığında Krasnoqorsk şəhərində “İkinci ev” adlanan ahıllar üçün özəl hospisdə - tibbi-sosial müəssisədə yanğının su qızdırıcısındakı nasazlıq səbəbindən baş verdiyi bildirilir

Yanğın mayın 11-də gecə saatlarında baş verib. Yanğın nəticəsində 9 nəfər həlak olub, daha 9 nəfər yaralanıb. Yaralılardan 6 nəfəri reanimasiyaya yerləşdirilib. Hadisə baş verən zaman binada 37 nəfər olub.

Hüquq mühafizə orqanlarının məlumatına görə, şəxsi evdə yerləşən tibbi-sosial müəssisə qeyri-rəsmi fəaliyyət göstərib və hospis fəaliyyəti üçün heç bir sənədi olmayıb. Bir ahıl şəxsin tibbi-sosial müəssisədə bir gecə qalması ailə üzvlərinə 36 min rubla (təxminən 832 manat) başa gəlirmiş.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed