Şrift:
Yeni Zelandiya koronavirusla əlaqədar məhdudiyyətləri yüngülləşdirəcəyini elan edib
11.05.2020 [11:32] - Xəbərlər, Sosial
Yeni Zelandiya koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətləri yüngülləşdirərək restoranların, kinoteatrların, uşaq meydançalarının və idman zallarının mayın 14-dən açılacağını elan edib.

Yeni Zelandiya KİV-ləri xəbər verir ki, bunu Baş nazir Çaşında Ardern mayın 11-də bəyan edib. Bildirilir ki, bununla da Yeni Zelandiya martın sonlarından tətbiq edilən məhdudiyyətləri 4-cü dərəcədən 2-ci dərəcəyədək endirəcək.

Ölkə iqtisadiyyatının bərpası istiqamətində atılan bu addımlarla yanaşı, koronavirusa yoluxma halını minimuma endirmək üçün 10 nəfərdən artıq şəxsin iştirakı ilə kütləvi tədbirlərin təşkilinə icazə verilməyəcəyi də qeyd edilir.

“Ola bilər ki, biz döyüşü udmuşuq, lakin müharibədə hələ qalib gəlməmişik”, - deyə Baş nazir deyib.

Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən, Yeni Zelandiyada COVID-19 pandemiyasına yoluxma ilə əlaqədar ümumilikdə 1500 hal qeydə alınıb. Bu yoluxmalar nəticəsində 21 nəfər ölüb.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed