Şrift:
İranın hərbi gəmisində partlayış baş verib, 1 nəfər həlak olub
11.05.2020 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) Oman dənizində keçirdikləri manevr zamanı partlayış baş verib.

İranın HDQ yaydığı açıqlada xəbər verir ki, partlayış “Konarak” hərbi gəmisində olub. Nəticədə 1 dənizçi ölüb, 12 nəfər isə Çabahar şəhərinin xəstəxanasına yerləşdirilib.

Açıqlamada qeyd olunur ki, partlayışın baş vermə səbəbi araşdırılacaq.

Qeyd edək ki, “Konarak” gəmisi hərbi yükləri daşımaq üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed