Şrift:
Bakının kafelərində Krişna təriqətini təbliğ edən şəxs kimdir?
13.10.2012 [13:23] - Xəbərlər, Sosial
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dini boşluqdan istifadə edən xarici qüvvələr öz siyasi məqsədlərini gerçəkləşdirmək üçün bu fürsəti əldən vermədilər.

Hazırda Azərbaycanda bir sıra xarici qüvvələrin kurasiyasında olan “dini elita” mövcuddur və bunu kimsə danmır. Müxtəlif zamanlarda onlara qarşı hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar keçirilir, ekstremizmi təbliğ edən vəsaitlər götürülür. İstər fars meyilli, istər nurçu-fətullahçı, istər vəhabilik, istərsə də digərləri. Adını çəkdiklərim müsəlman donuna girən və ekstremist fəaliyyətdə olan qruplardır. Amma bunlardan fərqli olaraq digər dinin daşıyıcısı olan təriqətlər də mövcuddur. Onlardan biri də Krişnaçılıqdır.

Ötən dəfə kafelərin birində əyləşərkən təsadüfən şəkildə təqdim olan kişi də orda idi. Əlində kitab təbliğatla məşğul olduğunu gördüm və yaxınlaşıb maraqlandım. Məlum oldu ki, dayının fəaliyyəti şəhərin çayxanalarını gəzib orda həmin Krişna təriqətinin təbliğini aparmaqdan ibarətdir. Təbii ki, həmin kişini çayxanadan qovduq və sonradan məlum oldu ki, başqa hansısa çayxanada polis tərəfindən yaxalanıb. Təklif edirəm ki, mübarizə yalnız ayrı-ayrı şəxslərə qarşı deyil, həm də onların havadarlarına qarşı aparılmalıdır.

Mehman Həsən
Bu xəbər oxucular tərəfindən 1386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed