Şrift:
İranda təlim zamanı "Cəmaran" gəmisi ölkəyə məxsus "Konarək" gəmisini raketlə vurub- Çoxlu sayda ölən və yaralanan var
11.05.2020 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda hərbi dəniz təlimi zamanı "Cəmaran" adlı hərbi gəmi "Konarək" adlı hərbi logistika gəmisini raketlə vurub.



Ölkə mediası bununla bağlı ötən gündən xəbər yaysa da, İran Silahlı Qüvvələri baş vermiş hadisəni bu gün təsdiqləyib və nəticədə 19 hərbi qulluqçunun öldüyünü, 15 nəfərinin isə yaralandığını bəyan edib.



Hadisənin Oman körfəzi yaxınlığında, İranın Cask şəhərindən bir qədər aralıda baş verdiyi deyilir. Məlumatlara əsasən, "Cəmaran" adlı hərbi gəmi qeyri-dəqiq hesablama səbəbindən səhvən ölkəyə məxsus digər hərbi gəmini vurub.


Hələlik rəsmi mənbələr gəmiyə neçə raket zərbəsinin dəydiyi barədə məlumat vermirlər. Yaralananların vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed