Şrift:
Özbəkistanda koronavirusdan sağalanların sayı 1881 nəfərə çatıb
11.05.2020 [12:24] - Xəbərlər, Sosial
Özbəkistanda yeni növ koronavirusa, ümumilikdə, 2453 nəfər yoluxub.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu günədək 1881 nəfər sağalıb, 562 nəfər müalicəsini davam etdirir. On nəfər ölüb.

Nazirlikdən bildirilib ki, Özbəkistanda pandemiya dövründə karantində 1961 hamilə qadın olub. 30 hamilə qadında koronavirus aşkarlanıb, onların 22-si artıq müalicə edilərək evə yazılıb. 8 qadın isə müalicə alır, onların həyatı üçün təhlükə yoxdur.
Bu xəbər oxucular tərəfindən 105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed