Şrift:
İranda koronavirusdan ölənlərin sayı 6685 nəfərə çatıb
11.05.2020 [14:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son 24 saat ərzində qeydə alınmış 45 yeni ölüm faktı ilə koronavirusdan dünyasını dəyişənlərin sayı 6685 nəfərə yüksəlib.



Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur son sutka ərzində həmçinin 1683 nəfərin infeksiya yoluxmasının aşkarlandığını deyib. Bununla da, indiyə qədər İranda koronavirusa yoluxanların sayı 109286 nəfərə çatıb.



Cahanpur iddia edib ki, indiyədək 87422 nəfər tam sağalaraq xəstəxanadan evə buraxılıb.



Qeyd etmək lazımdır ki, İran daxilində həm bir sıra siyasətçilər, həm də vətəndaşlar dövlətin təqdim etdiyi statistikaların həqiqəti əks etdirmədiyini, real rəqəmlərin göstərilənlərdən qat- qat çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed