Şrift:
Rusiya koronovirus infeksiyasına yoluxanların sayına görə dünyada üçüncü yeri tutur
11.05.2020 [14:43] - Xəbərlər, Sosial
Ötən gün Rusiyada 11 min 656 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Ölkədə bir gündə daha 11 min 656 COVİD-19 xəstəsi aşkar edilib, 94 pasiyent vəfat edib, 5308 nəfər sağalıb.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 221 min 344 nəfərə çatıb. Ölkədə indiyədək bu xəstəlikdən 39 mindən çox insan sağalıb, 2009 xəstə vəfat edib.

Qeyd edək ki, hazırda COVİD-19 xəstələrinin sayına görə Rusiya Böyük Britaniya və İtaliyanı geridə qoyaraq, üçüncü yeri tutub. Birinci və ikinci yerləri ABŞ və İspaniya tutur.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed