Şrift:
Qazaxıstan Prezidenti: Karantin məhdudiyyətləri tədricən götürüləcək
11.05.2020 [14:44] - Xəbərlər, Siyasət
Qazaxıstanın hər bir regionunda vəziyyət yaxşılaşdıqca karantin məhdudiyyətləri tədricən götürüləcək.

Bu barədə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Dövlət Komissiyasının yekun iclasında deyib.

Ölkə başçısı bildirib ki, bu gün bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi dayandırılır. Lakin bir sıra regionlarda yoluxma təhlükəsi qalmaqdadır. Pandemiya hələ də əhalinin sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən, hər bir regionda vəziyyət yaxşılaşdıqca karantin məhdudiyyətləri tədricən aradan qaldırılacaq.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed