Şrift:
Ermənistanda COVID-19 virusuna yoluxma və ölüm halları artıb
11.05.2020 [14:45] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda COVID-19 virusuna yoluxanların və bu virusdan ölənlərin sayı artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, son 24 saat ərzində 79 nəfər koronavirusa yoluxub. Daha 1 nəfər bu virusdan ölüb.

Beləliklə də koronavirusa yoluxanların sayı 3392 nəfərə, ölənlərin sayı isə 46-ya yüksəlib.
Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed