Şrift:
Operativ Qərargah: Azərbaycanda koronavirusa 70 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər sağalaraq evə buraxılıb
11.05.2020 [19:03] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1680 nəfər müalicə olunaraq sağalmış, 32 nəfər vəfat etmiş, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 test aparılmışdır.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed