Şrift:
Səhər saatlarında Bakı Metropolitenində yaranan nasazlıq aradan qaldırılıb
12.05.2020 [09:24] - Xəbərlər, Sosial
Bakı metropolitenində xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb.

Metropolitendən bildirilib ki, bu səbəbdən bu gün səhər saatlarından metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.

Nasazlıq aradan qaldırıldıqdan sonra xətlər təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanılıb, elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb.
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed