Şrift:
Ötən sutka ərzində Yaponiyada 45 nəfər koronavirusa yoluxub
12.05.2020 [09:27] - Gündəm, Sosial
Yaponiyada ötən sutka ərzində koronavirusa yoluxan cəmi 45 nəfər aşkar edilib və bununla da bu virusa yoluxanların ümumi sayı 16 min 604 nəfər təşkil edib. Yeni yoluxanlardan yalnız 15 nəfər Tokio sakinidir

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi xəbər verir ki, bu günədək koronavirusa yoluxmuş 9 min 182 nəfər sağalıb, 670 nəfər isə həyatını itirib.

Ən çox koronavirusa yoluxma halı paytaxt Tokioda qeydə alınıb – 4 min 883 nəfər.

Əlavə olaraq bildirək ki, Yaponiyada yoluxma sayı azaldığına görə, hökumət bir sıra regionlarda fövqəladə vəziyyət rejimini vaxtından əvvəl aradan qaldırmağı planlaşdırır. Hazırda bütün ölkə ərazisində tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 31-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed