Şrift:
Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışların qalibləri müəyyənləşib
12.05.2020 [11:10] - Gündəm, Hərb
Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışlarda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları birinci yerə layıq görülüblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, güclü komandaların tərkibinin müəyyən edilməsi məqsədi ilə keçirilən birincilikdə 15 komandadan 90 idmançı mübarizə aparıb.

İdmançı hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəş açma, uzaqlığa və dəqiqliyə qumbaraatma, 8 kilometr məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb.

İlk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed