Şrift:
BP: Pandemiyanın yaratdığı məhdudiyyətlər “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə gecikmələrə səbəb olub
12.05.2020 [11:12] - Gündəm, İqtisadiyyat
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə cari ilin birinci rübündə inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib. Lakin rübün sonuna yaxın pandemiyanın yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olub və bu da tikini işlərində fasilələrlə nəticələnib.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, yaşayış blokunun inşası İsveçdə davam edir.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunan dayaq blokunun tikintisi də irəliləyib. Dayaq bloku payalarının quraşdırılması artıq başa çatıb və bu ilin sonlarına yaxın payaların dənizdə quraşdırılması planlaşdırılır. Dərin Özüllər Zavodunun tikinti sahəsində sualtı qurğuların inşası başlanıb, sualtı boruların örtüklənməsi işləri Xəzər Boru Örtüklənməsi - “Caspian Pipe Coating (CPC)” müəssisəsində davam edir.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed