Şrift:
“Sepah”ın daha bir komandiri Suriyada öldürülüb
12.05.2020 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah” terror təşkilatının daha 1 komandiri Əbülfəzl Sərlək Suriyada öldürülüb.



Bu barədə, Suriyanın Dövlət Televiziyası və İranın hökumət saytları məlumat yayıb.



Məlumatda bildirilir ki, “Sepah”ın “hərbi müstəşarlar”ından olan Əbülfəzl Sərlək, mayın 10-u axşam saatlarında Suriyanın “Əsriya” bölgəsində baş verən döyüşlərdə həlak olub.



“Sepah” komandirinin Bəşər Əsəd rejiminə qarşı vuruşan hansı qüvvələr tərəfindən öldürüldüyü barədə hər hansı bir məlumat yayılmayıb.




Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun əsas himayədarlarından biri sayılır. Son illər, Suriya hökümətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmalarda həlak olub. Ölənlərin isə əksəriyyətini İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed