Şrift:
Şəbüstərdə əkinçilər etiraz aksiyası keçirib
12.05.2020 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərində əkinçilər su idarəsinin qarşısında etiraz aksiyası keçiriblər.





Məlumata görə, Şəbüstərin qeyri-əhali abunəçiləri ödəməyə imkanları olmayan ağır su cərimələri ilə üzləşiblər. Bu isə onların etirazına səbəb olub.





İran hökuməti həddindən artıq su istehlakının qarşısını almaq bəhanəsi ilə yüksək istehlakçı su abunəçilərinə ağır cərimələr tətbiq edir. Lakin su istehlakını optimallaşdırmaq və modern suvarma sistemlərinin tətbiqi üçün heç bir addım atmır.



Azərbaycanlı əkinçilər maliyyə dəstəyi olmadığı üçün öz təsərrüfatlarında müasir suvarma sistemləri əvəzinə ənənəvi suvarma üsulundan istifadə edirlər. Bu isə suyun yüksək istehlakına səbəb olmaqla yanaşı, torpağın da tədricən yararsız vəziyyətə düşməsinə səbəb olur.





Ötən günlərdə havaların kəskin soyuması, eləcə də yağan güclü yağış və dolu nəticəsində Güney Azərbaycanın bir neçə məntəqəsi, o cümlədən Şəbüstərin Heris kəndində bağlara və əkin sahələrinə ziyan dəyib.





Digər tərəfdən, Şərqi Azərbaycan əyalətinin Tibb Universitetinin məlumatına görə, Şəbüstər koronavirus pandemiyasının ciddi yayıldığı şəhərlərdən sayılır. Bu isə əkinçilərin problemlərini daha da artırır, işsiz qalan əkinçilərin müvəqqəti və günəmuzd işlərlə məşğul olmasına imkan vermir.
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed