Şrift:
Zəncanda mövsümi işçilər ağır vəziyyətdədir
12.05.2020 [12:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın bir çox şəhərində olduğu kimi Zəncanda da mövsümi işçilər böhran şəraitində yaşayır.





Zəncan şəhərində mövsümi işçilər koronavirus təhlükəsinə baxmayaraq iş tapmaq və ailələrinin gündəlik zəruri xərclərini ödəmək ümidi ilə yol kənarında gözləyir.





Sosial şəbəkələrdə yayılan videoda azərbaycanlı işçilər Zəncanda iqtisadi böhran vəziyyətinin hakim olduğuna, dövlət qurumlarının onları himayəsiz buraxdığına etiraz edir.





Bu işçilərin maddi vəziyyəti o qədər ağırdır ki, koronavirusdan qorunmaq üçün maska almağa belə imkanları çatmır.





Qeyd edək ki, İranda işsizlik sığortası mövsümi və günəmuzd işçilər üçün tətbiq olunmur. Pandemiyanın yayılmasından öncə də ağır iqtisadi şəraitdə yaşayan bu işçilərin maddi vəziyyəti koronavirus yayıldıqdan sonra daha da çətinləşib.





Pandemiyanın yayılmasından dörd ay keçməsinə baxmayaraq İran rejimi azgəlirli əhaliyə yardım etmək üçün ciddi addım atmayıb.





Ötən həftələrdə İran Məclisinin Fəhlələrlə İş üzrə Fraksiyasının sədri Əlirza Məhcub koronavirus nəticəsində əksər fəhlələrin öz işlərini itirdiyini, iqtisadi baxımdan daha da ağır günlərlə üzləşəcəyini bildirmişdi. Koronavirusun hər bir fəhlə ailəsinin aylıq xərcini minimum 300- 400 min tümən artırdığını deyən deputat dövlətə bu çətin günlərdə onlara 1 milyon 500 min tümənlik birdəfəlik sosial yardım göstərməyi tövsiyə edib.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed