Şrift:
Almaniya kəşfiyyatı: "Çin koronavirusla dünyaya xəyanət etdi"
12.05.2020 [12:42] - Xəbərlər
Almaniyanın "Der Spiegel" dərgisi bu ölkənin kəşfiyyatına istinadən Çinin koronavirusla bağlı bəzi saxtakarlıqları barədə məlumat yayıb.



Xəbərdə bildirilir ki, Çin prezidenti Si Tsinpin yanvarın 21-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus ilə yaratdığı telefon əlaqəsi zamanı ondan infeksiyanın insandan insana keçməsi faktını danmağı və pandemiya elan edilməsini müəyyən müddət təxirə salmağı istəyib.



Buna görə də koronavirusun insandan insana keçməsi məsələsi və pandemiya elan edilməsi bir müddət təxirə düşüb.



Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatları da koronavirusun dünyanı cənginə almasına görə Çin hökumətini məsul bilmişdi.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed