Şrift:
Heratda İran konsulluğu qarşısında etiraz aksiyası keçirilib- Çaya atılmış əfqan miqrantlara görə
12.05.2020 [16:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Əfqanıstanın Herat şəhərində yerləşən konsulluğu qarşısında etiraz aksiyası keçirilib.



Şəhərin onlarla mədəni fəalı və vətəndaşının qatıldığı aksiyada İran sərhədçiləri tərəfindən əfqan miqrantlarının çaya atılmasına qarşı şüarlar səsləndirilib.



Etirazçılar Əfqanıstan hökuməti və Birləşmiş Millətlər Təşkilatından cinayəti törədənlərin tapılması və cəzalandırılması üçün lazım olan bütün addımları atmağı tələb ediblər.



Eyni zamanda, 120 əfqanıstanlı deputat və mədəni fəal İranın "dini lider"i Əli Xamneyi və prezidenti Həsən Ruhaniyə iranlı sərhədçilər tərəfindən sərgilənən qeyri-insani rəftara görə açıq məktub ünvanlayıb.



Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Əfqanıstanın Herat əyalətindən İrana keçmək istəyən təqribən 50 əfqan miqrant İran sərhədçiləri tərəfindən saxlanılıb. Sərhədçilər həmin miqrantları vəhşicəsinə döyüb, daha sonra onları geri qayıtmaları üçün Herirud çayına atıblar. Hadisə nəticəsində 12 nəfər sağ qala bilsə də, bu günə qədər 17 nəfərin cəsədi çaydan çıxarılıb. Qalan insanların taleyindən xəbər yoxdur və onların tapılması üçün axtarış işləri davam edir.



Xilas olan şəxslər bildirirlər ki, İran sərhədçiləri onları 1 gün həbsdə saxladıqdan sonra Herirud çayına atıblar. O əsnada həmin insanlardan çoxu suda batıb.


Rəsmi Kabil cinayətin araşdırılması üçün xüsusi komissiya yaratdığını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed