Şrift:
İranda daha 48 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 6733 nəfərə çatıb
12.05.2020 [16:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 48 ölüm faktının qeydə alınması ilə koronavirusdan ölənlərin sayı 6733 nəfərə yüksəlib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 12-də mediaya açıqlamasında məlumat yayıb.



O bildirib ki, son bir sutka ərzində ölkədə daha 1481 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib: “Bununla da bu günə qədər İranda koronavirus xəsəliyindən ölənlərin ümumi sayı 6733 nəfərə, yoluxanların ümumi sayı isə 110 min 767 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 88 min 357 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda xəstəxanalarda müalicə alan 2713 xəstənin durumu və səhhəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6733 nəfərə, yoluxanların sayının isə 110767 nəfərə yüksəldiyini iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, İranda indiyə qədər koronavirusdan ölənlərin sayının 42000-i keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed