Şrift:
Rusiya koronavirus infeksiyasına yoluxanların sayına görə dünyada ikinci yerdədir
12.05.2020 [16:38] - Xəbərlər, Siyasət
Ötən gün Rusiyada 10 min 899 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Ölkədə bir gündə daha 10 min 899 COVID-19 xəstəsi aşkar edilib, 107 pasiyent vəfat edib.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 232 min 243 nəfərə çatıb. Ölkədə indiyədək bu xəstəlikdən 43 mindən çox adam sağalıb, 2116 xəstə vəfat edib.

Qeyd edək ki, hazırda COVID-19 xəstələrinin sayına görə Rusiya ABŞ-dan sonra ikinci yerdədir. Onun ardınca İspaniya, Fransa, Almaniya, Braziliya, Türkiyə, İran və Çin gəlir.
Bu xəbər oxucular tərəfindən 199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed