Şrift:
Beyləqanda çiyid səpini yekunlaşmaq üzrədir
12.05.2020 [16:42] - Xəbərlər, İqtisadiyyat
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda çiyid səpini başa çatmaq üzrədir. Beyləqanlı pambıqçılar bu günədək 8678,7 hektarda səpin həyata keçiriblər.

Bu il rayonda 4713,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3200 hektarı “Azərpambıq” MMC və 820 hektarı “P-Aqro” MMC ilə olmaqla, 8733,7 hektarda pambıq əkini nəzərdə tutulub. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 6377 hektarında bitiş alınıb və becərmə işlərinə başlanıb.

Qeyd edək ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,3 sentner olub. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton çox olub.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed