Şrift:
D vitamini koronavirusdan ölüm nisbətini azaldır
12.05.2020 [16:52] - Gündəm, Sağlıq
ABŞ-da aparılan yeni araşdırma D vitamini çatışmazlığı ilə yeni tip koronavirusdan ölüm göstəricilərinin yüksəkliyi arasında əlaqə ola biləcəyini göstərib.



Bu barədə Star.com məlumat yayıb.


Şimal-Qərb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada COVID-19-la bağlı ölüm göstəricilərinin yüksək olduğu İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdə xəstələrin D vitamini səviyyəsinin digər ölkələrdəki pasiyentlərlə müqayisədə daha aşağı olduğu müəyyən edilib.



“Təhlilimiz COVID-19-a yoluxmanın qarşısını almasa da, D vitamini çatışmazlığı olmayan xəstələrin ölüm nisbətinin 50 faiz daha az olacağını göstərir”, - hesabatda deyilib.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed